EN

Bankların dollar tələbi kəskin azaldı

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 53,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Bundan öncəki – 16 yanvarda keçirilən valyuta hərracında bankların tələbi 71,4 milyon ABŞ dolları olmuşdu.

Bu il yanvar ayında keçirilən beş hərracda339 milyion ABŞ dolları satılıb


Müəllif: Bəkir Nərimanoğlu
Chosen
17
1
teleqraf.com

10Sources