EN

Ançelotti: “Real”a ÇL-də ilk səkkizliyə düşəmək çətin olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın Çempionlar Liqasında ilk səkkizliyə düşə bilib-bilməyəcəyini qiymətləndirib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“İlk səkkizliyə düşməyimizmi? “Real” üçün bunu etmək çətin olacaq. İndi əlimizdən gələn yeganə xüsus son oyunlarda iki qələbə qazanmaqdır. Komandamız hücumda güclüdür, amma müdafiədə bizə hələ də təkmilləşmək gərəkdir. Bu, cari mövsümdəki uğurumuzun açarı olacaq”, deyə Ançelotti fikrini əsaslandırıb.

6 oyunda 9 xal toplamış “Real” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinin 22-ci pilləsində qərarlaşıb. “Kral klubu”nu təhlükəli 25-ci yerdən cəmi bircə xal ayırır.

“Real” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da “Zalsburq”u qəbul edəcək. Almaniya təmsilçisi 3 xalla 33-cü pillədə qərarlaşıb. Oyun bu gün, yanvarın 22-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da başladacaq.

Chosen
20
50
arena.az

10Sources