EN

Rusiya XİN ABŞ-yə yeni səfir təyinatı prosesindən danışıb

Rusiya yeni səfir təyin etmək üçün ABŞ-dən razılıq gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Aqremanı qəbul etmədilər. Biz hələ də gözləyirik, vaxt keçir”, - Rusiya XİN rəhbərinin müavini qeyd edib.

Ryabkov əlavə edib ki, hazırda bu məsələnin həlli üçün konkret müddət yoxdur. Aqreman başqa bir dövlətin diplomatik missiyasının rəhbərinin təyin edilməsinə ölkənin qabaqcadan verdiyi razılıqdır.

Chosen
19
49
operativmm.az

10Sources