EN

Qatığı bu qidalarla yedikdə faydasını yox, zərərini görəcəksiniz - SİYAHI

Qatığı bu qidalarla yedikdə faydasını yox,

Qatıq, sağlam həzm və immunitet sistemi üçün əhəmiyyətli bir qidadır, lakin bəzi qidalarla birləşdirildikdə faydaları əks təsir göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, balıq, süd, soğan, pomidor, badımcan, qarpız, qovun, işlənmiş şəkər, qızardılmış və ədviyyatlı qidalar, sitrus meyvələri və manqo ilə birlikdə qatıq istehlakı həzm problemləri, şişkinlik, qaz, turşuluq və həzm balanssızlığına səbəb ola bilər. Bu uyğun olmayan qida birləşmələri mədə pH-nı poza, bağırsaq mikrobiomuna təsir edə və uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Qatığın faydalarından maksimum yararlanmaq üçün onu uyğun qidalarla birlikdə istehlak etmək vacibdir. Təbii meyvələrlə və ya təkbaşına qatıq yemək, həm həzmi dəstəkləyər, həm də bağırsaq sağlamlığını qoruyar. Sağlamlığınızı yaxşılaşdırmaq üçün qatıqdan düzgün istifadə qaydalarını bilmək və həkim məsləhətinə əməl etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
35
32
e-saglam.az

10Sources