EN

“Tarixdə bu gün” - Beynəlxalq Təhsil Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

24 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

24 yanvar Beynəlxalq Təhsil Günüdür:

 

3 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 24 yanvarın Beynəlxalq Təhsil Günü elan edilməsi barədə qətnamə qəbul edib. İnklüziv və ədalətli, keyfiyyətli təhsil və hamı üçün ömür boyu təhsil imkanları, ölkələrə gender bərabərliyinə nail olmada və milyonlarla uşaq, gənc və böyüklərin yoxsulluqla mübarizədə fəal iştirakını təmin etməklə bu problemin aradan qaldırılmasına yönəlib.

 

24 yanvar 1945-ci ildə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Həzi Aslanov həlak olub:

 

H.Aslanovun komandanlığı ilə Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli 35-ci Şaulyay qvardiya tank briqadası 1945-ci ilin yanvarında Baltik dənizi sahillərinə çıxıb. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov yanvarın 24-də Priyekule yaxınlığında, Liyepaya rayonunda kəşfiyyat zamanı ağır yaralanıb və bir neçə saat sonra vəfat edib. İki Lenin ordeni, üç “Qırmızı Bayraq” ordeni, II dərəcəli Suvorov ordeni, “Aleksandr Nevski” ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, iki “Qızıl Ulduz” ordeni və medallarla təltif edilib. Həzi Aslanov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

24 yanvar Beynəlxalq  Eskimo Gümüdür:

 

1922-ci ildə ABŞ-ın Onava şəhərciyindən olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. 

 

O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. “Eskimo” sözü fransız mənşəlidir. Fransada eskimosların geyiminə bənzəyən uşaq kombinezonlarını eskimo adlandırırdılar. Buna görə də şokoladdan ibarət “kombinezon” “geyindirilmiş” dondurmaya da “Eskimo” adı verilib.

 

24 yanvar 1978-ci ildə  SSRİ-nin nüvə reaktorlu raketi “Kosmos 954” okeana düşüb:

 

Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.

Chosen
26
18
azedu.az

10Sources