Azərbaycanda fəaliyyət göstərən banklar ötən il ümumilikdə 300 milyon 537 min manat mənfəət vergisi ödəyib.
"Valyuta.az"-ın apardığı hesablamalara əsasən, ən çox mənfəət vergisi ödəyən bank "Kapital Bank" olub. Bank ötən il 74 milyon 806 min manat mənfəət vergisi ödəyib. Siyahının ikinci sırasında 74 milyon 653 min manat mənfəət vergisi ödəyən “Azərbaycan Beynəlxalq Bankı”, üçüncü sırasında isə 56 milyon 896 min manat mənfəət vergisi ödəyən "Paşa Bank" qərarlaşıb.
Ən az mənfəət vergisi ödəyən bank isə "AFB Bank" olub. Bank cəmi 493 min manat mənfəət vergisi ödəyib.
Bankların ötən ilki mənfəət vergisi ödənişlərinə dair renkinqlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Banklar |
Mənfəət vergisi (Min manat) |
Kapital Bank |
74 806 |
ABB |
74 653 |
Paşa Bank |
56 896 |
Xalq Bank |
16 946 |
Bank Respublika |
14 866 |
AccessBank |
8 998 |
Bank of Baku |
8 887 |
Unibank |
7 043 |
Azər-Türk Bank |
5 793 |
Rabitabank |
5 745 |
Yelo Bank |
4 345 |
Ziraat Bank Azərbaycan |
3 915 |
Yapı Kredi Bank Azərbaycan |
3 886 |
Bank VTB Azərbaycan |
3 017 |
Expressbank |
2 878 |
Premium Bank |
2 697 |
Azərbaycan Sənaye Bankı |
1 615 |
Bank Melli İran Bakı Filialı |
1 568 |
Bank Avrasiya |
1 490 |
AFB Bank |
493 |
Turanbank |
- |
Bank BTB |
- |
Qeyd: Cədvəldə "-" işarəsi ilə göstərilən bankların vergi ödəməsi haqqında məlumat hesabatlarında əks olunmayıb.
Əvəz Həsənov