EN

Çin Ermənistana səfir göndərmir - Bu, Zəngəzur dəhlizi ilə bağlı mesajdırmı?

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanda beynəlxalq məsələlər üzrə ekspert kimi tanınan Suren Sarqsyan Çinin artıq 7 aya yaxın müddətdə İrəvana səfir göndərməməsinin aydın mesaj olduğunu yazıb. O, bunu Ermənistan-Çin münasibətləri tarixində misli görünməmiş və müstəsna hadisə hesab edir. Mütəxəssisin fikrincə, bu, çox aydın mesajdır, belə hallarda təsadüf olmur:

“Əmin olun, Pekinin diplomatik arsenalında istənilən zaman İrəvana göndərilə biləcək yüzlərlə peşəkar var.

Bəs bu yanaşmanın səbəbləri nələrdir?

1. Birincisi, yüksək səviyyədə təminat verilməsinə baxmayaraq, Ermənistan Çinin “Bir qurşaq, bir yol" adlanan nəhəng layihəsinə maraq göstərmir və onun bir hissəsi olmaq üçün heç nə etmir. Bu baxımdan Çinin yanaşması tamamilə aydındır, layihəyə dost olan dövlətlər də var, əleyhinə olanlar da.

2. Ermənistan hələ də Çinə qarşı qurulmuş və faktiki olaraq fəaliyyətini dayandırmış Etiqad Azadlığı Alyansının (Dini Etiqad Azadlığı Sammiti ilə qarışdırılmasın) bir hissəsi olaraq qalır. Bu təşkilatın qurucusu, ABŞ-ın keçmiş dövlət katibi Pompeo özünün anti-Çin xarakterini təqdim edib. Alyansın 4 ildən artıq vaxtdan bəri fəaliyyət göstərmədiyinə baxmayaraq, Ermənistan formal olaraq onun tərkibində qalır.

3. Onu da xatırlamaq lazımdır ki, Ermənistan Tayvan rəsmiləri ilə hər hansı birbaşa əlaqədən çəkinmək öhdəliyi götürdüyü halda, Tayvanın iqtisadiyyat nazirini qəbul etmiş bir ölkədir. Tayvan məsələsi Çin üçün ən həssas məsələdir və burada "vahid Çin" prinsipindən başqa heç bir mövqeyi qəbul etmir”.

Sarkisyan qeyd edib ki, bütün bunlardan sonra çinli həmkarların davranışı tamamilə məntiqlidir və haqlıdır. O yazıb: "fövqəlgüclərə bu cür yanaşmaq olmaz".

Hürr Tərcüman

 

Chosen
6
50
hurriyyet.az

10Sources