Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasını araşdıran Qazaxıstan komissiyası gələn həftə araşdırmanın ilkin nəticələrini açıqlamaq niyyətindədir. “TASS” yazır ki, bu barədə cümə günü, yanvarın 24-də keçirilən brifinqdə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
“Ümid edirik ki, gələn həftə istintaqın ilkin hissəsi Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq, çünki qəzanın baş verdiyi tarixdən 30 gün ərzində ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı – Red.) bunu etməyi tövsiyə edir,”- Bozumbayev qeyd edib.
O, əlavə edib ki, təyyarədən olan registratorlar (qara qutular) qorunub saxlanılıb, onlar Braziliyada deşifrə edilib və Qazaxıstana qaytarılıb. İndi registratorlar Baş Prokurorluğun tabeliyində olan istintaq qrupundadır, bütün ekspertlər onların üzərində işləyir.
Bozumbayevin sözlərinə görə, Rusiya, Qazaxıstan, Azərbaycan və Braziliyadan olan ekspertlər qara qutuları deşifrə edərkən bərabər informasiya almaq hüqüqüna malik olublar.
Bundan əlavə, Qazaxıstan baş nazirinin müavini vurğulayıb ki, respublika AZAL təyyarəsinin pilotlarının Telegram kanallarında dərc olunan danışıqlarını “sızma” kimi qiymətləndirmir. Bu məlumat uçuş registratorların dekodlanmasından əldə edilən məlumatlardan fərqlənir.
“Mənə elə gəlir ki, bu nəşr olunmuş danışıqlar müvafiq ölkənin sərəncamında olan ,daha çox yerlə aparılan danışıqlardır, mən orada ekipaj üzvləri arasında danışıqları eşitməmişəm, əlbəttdə qara qutuda kapitanın, pilotların, ekipaj üzvlərinin bütün danışıqları var.Hələ bir az da çox”, - Bozumbayev izah edib.
O da məlum olub ki, Rusiya və Azərbaycan artıq qara qutu materiallarının surətlərini alıblar. "Gizlədəcək heç nəyimiz yoxdur," – Bozumbayev bildirib.
Almaz Həsənli