EN

Nitq inkişafının həssas dövrü 1 yaş yarımdan 3 yaşa kimi nəzərdə tutulur - Nazirlik

Bakı. Trend:

Nitq inkişafının həssas dövrü 1 yaş yarımdan 3 yaşa kimi nəzərdətutulur.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daloqoped Aygün Ələkbərova açıqlayıb.

Onun sözlərinə görə, bir ailədə böyüyən uşaqlar belə eyniolmurlar və hər bir uşaq individualdır.

“1,5-3 yaş arası olan uşaqlarda şifahi nitqin qavranılması vəlüğət ehtiyatının artırılma dövrü hesab edilir. Bu yaşda uşaqlarxarici dilləri öyrənməyə çox həssasdırlar. 3-4 yaş arası - budövrdə isə rəqəmlərin və hərflərin simvolik təyinatı ilə tanışolmaq və yazıya hazırlaşmaq üçün ən əlverişlidir. Şüurlu nitq və özfikirlərini başa düşmə, ifadə etmə inkişaf edir”.

A.Ələkbərova bildirib ki, sağlam mərkəzi sinir sistemi nitqaparatının inkişafı və formalaşmasında mühüm rol oynayır:

“Bundan başqa, uşaq üçün ailə üzvləri arasında sevgi, qayğımühitinin yaradılması vacib amillərdən biri hesab olunur. Nitqinkişafının kritik dövrləri də mövcuddur. Bu dövrlərdə valideynlərdiqqətli olmalıdırlar. 1-2 yaş arasında broka mərkəzinin(nitqhərəkət analizatorları) nitq qabığının hissələrinin intensivinkişaf dövrü olduğundan, hansısa bir amillərdən nitq inkişafınınləngiməsi (ÜNİL), nitq inkişafının geriliyi (ÜNİG) müşahidə olunabilər”.

Loqoped qeyd edib ki, 3 yaşlı uşaqlarda mərkəzi sinir sistemiilə neyroendokrin və damar tənzimlənilməsinin uyğunsuzluğunəticəsində kəkələmə, afaziya (formalaşmış nitqin itməsi) və nitqininkişafdan qalması müşahidə edilmə ehtimalı var:

“6-7 yaş arası uşaqlarda isə mərkəzi sinir sisteminin yaşlaəlaqəli yüklənmələri nəticəsində kəkələmə müşahidə olunabilər”.

Məqalədə:
Chosen
2
9
az.trend.az

9Sources