EN

Əmlak Xidməti 38 minlik maşın yağı alır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dövlət xidməti bu tenderi ilə avtomobilləri üçün maşın yağları almaq istəyir.

Belə ki, müsabiqənin şərtlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan minik avtomobillərinin 2025-ci il üçün cari təmir xidmətlərinin və zəruri sürtkü materiallarının satın alınması nəzərdə tutulub. Bununla əlaqədar “MF AVTO SERVİS” MMC ilə 38.493,96 manatlıəq satınalma müqaviləsi imzalanıb.

Chosen
7
50
tribunainfo.az

10Sources