EN

Suriyanın yeni lideri Putindən Əsədi İSTƏYİR

Suriya hakimiyyəti Moskvadan ötən ilin dekabrında üsyançılar Dəməşqi ələ keçirdikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsəd və onun baş köməkçilərinin ekstradisiyasını tələb edib.

Modern.az xəbər verir ki, "The Times Of Israel" danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır ki, bunu Suriyanın faktiki lideri Əhməd əl-Şara Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə deyib.

Nəşrin mənbələrinə görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə bir tələbin həqiqətən irəli sürülüb-sürülmədiyinə dair şərh verməkdən imtina edib. Kreml həmçinin bildirir ki, Suriyanın yeni rəhbərliyi ilə ölkədəki hərbi obyektlərini qorumaq üçün dialoqu davam etdirir. Söhbət Tartusdakı hərbi dəniz bazası və Latakiya liman şəhəri yaxınlığındakı Xmeymim aviabazasından gedir ki, onların itirilməsi Rusiyanın bölgədəki hərbi imkanlarına ciddi zərbə vura bilər.

Rusiyadan Əsədin ekstradisiya tələbi ilə bağlı məlumatı danışıqlardan xəbəri olan Suriya tərəfindəki “Reuters” agentliyi də təsdiqləyib.

Rusiya nümayəndə heyəti dekabrın əvvəlində ailəsi ilə birlikdə Moskvaya qaçan Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə yanvarın 28-də Dəməşqə gəlib. Danışıqlarda Putinin iki xüsusi nümayəndəsi iştirak edib: biri Yaxın Şərq, digəri isə Suriya üzrə. Bunlar xarici işlər nazirinin müavini Mixail Boqdanov və Aleksandr Lavrentyevdir.

Chosen
6
23
modern.az

10Sources