EN

“DeepSeek” məxfi məlumatlarında sızma aşkarlandı

Nyu-Yorkda yerləşən Wiz Research kibertəhlükəsizlik firması yanvarın 29-da Çinin süni intellekt (AI) startapı DeepSeek-dən məxfi məlumatların sızmasını aşkarlayıb.

Yenisabah.az Reuters-ə istinadən xəbər verir ki, məlumatı Wiz açıqlayıb.

Bildirilir ki, Wiz məlumat əməliyyatlarına tam nəzarət etməyə imkan verən DeepSeek-ə məxsus ClickHouse verilənlər bazasının məlumatlarını açıq mənbələrdə aşkarlayıb. Şirkət qeyd edir ki, sızma bir milyondan çox məlumat xəttinə, o cümlədən rəqəmsal proqram açarları və şirkətin süni intellekt söhbətlərində istifadəçi axtarış tarixçələrinə təsir edib.

Reuters-in məlumatına görə, Wiz-in baş texnologiya direktoru bildirib ki, DeepSeek Wiz tərəfindən xəbərdar edildikdən sonra məlumat bazasını tez bir zamanda açıq mənbələrdən silib: "Onlar ictimaiyyətə açıqlanan məlumatları bir saatdan az müddətdə sildilər. Lakin bunu tapmaq o qədər asan oldu ki, biz əminik ki, onu tapan tək biz deyilik".

DeepSeek Reuters-ə məlumatla bağlı şərh verməyib./Musavat.com


Telegram kanalımız
Chosen
8
50
yenisabah.az

10Sources