Bakı. Trend:
2025-ci ilin sentyabr ayına kimi İtaliya-AzərbaycanUniversitetinin binasının açılışı gözlənilir.
Trend xəbərverir ki, bunu bu gün ADA Universitetinin rektoru Hafiz Paşayev ADAUniversitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni,kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılışmərasimində etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbəİtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.
Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetininkampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoymamərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyətgöstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçininDizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbəyataqxanaları tikiləcək.