ABŞ dövlət katibi Trampın Ukrayna münaqişəsinin həlli strategiyasını açıqlayıb...
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin diplomatik danışıqlar yolu ilə həllinə nail olmaq niyyətindədir.
Poliqon xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio amerikalı jurnalist Meqan Kelliyə müsahibəsində deyib.
“Bu münaqişə danışıqlar yolu ilə həll edilməlidir”, deyə dövlət katibi vurğulayıb.
Rubionun sözlərinə görə, Tramp hesab edir ki, Ukraynada münaqişə uzanıb və buna görə də hərbi əməliyyatlara dərhal son qoyulması lazımdır.
ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Vaşinqton sıx diplomatik təmaslara başlayıb. Rubio münaqişənin həlli zamanı tərəflərin “nədənsə imtina etməli” olacağını istisna etməyib.
Poliqon.info