EN

Əməyin Mühafizəsi Mərkəzi auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 25,96 manat təşkil edir.

İddiaçılar təkliflərini fevralın 21-i, saat 18:00-a qədər quruma təqdim edə bilərlər.Təkliflərə həmin gün saat 1:00-da baxılacaq.

Xatırladaq ki, Əməyin Mühafizəsi Mərkəzinin 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi "Abacus Audit and Consulting" MMC olub. Bu xidmətlərə görə şirkətə 2 700 manat ödənilib.

Chosen
4
19
report.az

10Sources