EN

Motosikletlə “QAZ-31″lə toqquşdu: ölən var

  Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Referans.az-ın Report-a istinadən məlumatına görə, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZ-3110” və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.  

Chosen
8
18
referans.az

10Sources