RU

Hakimlər Antalyada toplanış keçəcək

Ölkəmizin 37 futbol hakimi qış fasiləsində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq.

Bu barədə "Football-plus.az"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Qurum rəsmisi hakimlərin toplanış ərzində oyun idarə edəcəklərini də söyləyib:

“Premyer-liqanın 37 hakimi yanvarın 6-dan 12-nə qədər təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Onlar toplanış müddətində oyunlar idarə edəcək. Bundan başqa, təşkil olunacaq seminarlara əcnəbi mütəxəssislər dəvət olunacaq. Seminarda köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin də iştirak edəcək”.
Избранный
34
1
football-plus.az

10Источники