Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.
Sosioloq bu cür iddiaları həm doğru, həm də yanlış hesab edir:
“Bəzən iddia edirlər ki, sosial şəbəkələr ev dağıdır, seriallar ailə dağılmasına səbəb olur. Bu cür iddialar həm doğru, həm də yanlışdır. Bəzən sosial şəbəkələrdə mental dəyərləri pozan, ənənələrin ziddinə gedən durumlar var, bu danılmazdır. Bəzən də bu, insanların qəbul etmə mexanizmi ilə əlaqədar vəziyyətdir. Məsələn iki nəfər serial izləyir. Onlar serialdan hərəsi öz əxlaqına, düşüncə tərzinə görə mesaj alacaq. Bu insanın ziyalılığına, zəkasına, təhsil səviyyəsinə, milli dəyərlərə əhəmiyyət verməsi ilə əlaqəlidir. Eləcə də “Tiktok”un ailə dağıtmağı, əxlaq pozma məsələsi də bunu ifadə edir”.
Sosioloq onu da vurğulayıb ki, “Tiktok”dan əvvəl də o şərait var idi:
“Sadəcə gün üzünə çıxmaq üçün münbit vəziyyət yox idi. “Tiktok”un bu qədər texnoloji baxımdan əlverişli imkanlar təqdim etməsi onlar üçün fürsət yaratdı. Məhdud platformada məhdud imkanlarla cəmiyyət arasına çıxmaqla daha geniş imkanlara sahib olan platformada “at oynatmaq” eyni deyil. Zənn etmirəm ki, “Tiktok” bağlansa cəmiyyət düzələcək. “Tiktok” olmasa da yerinə başqa biri gələcək. Vasitələr dəyişsə də məzmun yenə orada qalacaq. Cəmiyyətin baxış bucağını dəyişmək lazımdır. İnsanların mədəni zövq səviyyəsini artırmaq lazımdır. Heç bir zövqü olmayan, kitab oxumayan, ciddi filmlər izləməyən sözün həqiqi mənasında mədəni olmayan insanlar üçün o cür mənzərələrə baxmaq çox normaldır. Çünki onlar indiyə qədər bir kitab oxuyub ciddi sənət əsəri hesab olunan bir nümunə gətirə bilməzlər. Amma hər hansı tiktokerin ailəsində nə baş verdiyini əzbər bilirlər.Çünki öz səviyyəsinə uyğun olan məlumatları öz beyinlərinə depolayır. Odur ki, “Tiktok” bağlanarsa bu vəziyyətin düzələcəyini zənn etmirəm”.
Leyla
Demokrat.az
10Источники
-
azpolitika.infoTikTok-da Əl İşləri ilə Yaradıcı Səyahətə Çıxın ( 15159839)
-
azedu.az“Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” mövzusunda təlim ( 15132321)
-
nocomment.azDüşüncə gücü ilə idarə olunan kompüterlər: gələcəyin texnologiya inqilabı ( 15099881)
-
azedu.az"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda təlim ( 15087441)
-
tehsil.biz"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda təlim keçirilib ( 15085677)
-
newscenter.az"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda təlim keçirilib ( 15085421)
-
sfera.azBosch soyuducuları: Keyfiyyət və etibarlılıq ilə rahatlığınızı təmin edir ( 15083821)
-
azertag.azOnlayn “tədris inqilabı”: Rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar ( 15071795)
-
paralel.azXəstəxanalarda onlayn növbə sistemi nə zaman tam tətbiq olunacaq? - VİDEO ( 15042865)
-
modern.az"TikTok" fəaliyyətini tamamilə DAYANDIRA BİLƏR ( 15034727)