Naxçıvan, 9 yanvar, AZƏRTAC
Ötən il dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, əvvəlkli illə müqayisədə 87,6 faiz çoxdur.
2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.