Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
OXU24.COM agentliyə istinadən xəbər verir ki, insident fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib. İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
Operator digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçsa da, qəfil yerə yıxılıb.
25 yaşlı Əbu Nabhan evli olub, onun bir övladı var.