“Komi Daily” Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən terrorist təşkilat kimi tanınmış ilk media qurumu olub.
Bu barədə Forbes məlumat verir.
FTX “Komi Daily”ni noyabr ayında Rusiya Ali Məhkəməsi tərəfindən terrorist təşkilat kimi tanınmış “Post-Rusiya Azad Dövlətlər Forumu”nun struktur bölmələrindən biri sayır. Buna baxmayaraq, “Komi Daily” forumla əlaqəsini inkar edir.
“Komi Daily”nin saytı “LGBT” (“Beynəlxalq LGBT İctimai Hərəkatı” ekstremist və terrorist təşkilat kimi tanınıb və RF ərazisində qadağan edilsə də, bu adlı təşkilat ümumiyyətlə heç vaxt mövcud olmayıb) mövzusunda material dərc etdiyi üçün 2024-cü ilin mart ayından bəri bloklanıb. 2024-cü ilin may ayında nəşrin redaktorları nifrət və ya düşmənçiliyin qızışdırılması və ya insan ləyaqətinin alçaldılması maddəsi ilə cərimələniblər.