RU

Ermənistan bu zavodu işə salır: Azərbaycanın tələbindən sonra köçürmüşdü

Bu gün, 15:36

Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq.
reportyor.tv xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır.
"Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək", - Papoyan qeyd edib.
O bildirib ki, zavoda 40-50 milyon dollarlıq investisiya qoyulub.
Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Aarat rayonunun Ararat icmasına köçürüb.

Избранный
6
6
Reportyor.tv

8Источники