RU

Türkiyə və Aİ yüksək səviyyəli iqtisadi görüş keçirəcək

Bakı, TurkicWorld

Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında 6 ildən sonra yüksək səviyyəli iqtisadi dialoq görüşünün keçirilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sessiyasında çıxış edib.

“Biz Türkiyənin qaçqınlara yardım sahəsində gördüyü işləri yüksək qiymətləndiririk”. Kos, AB-nin keçən il Türkiyə ilə daha çox dialoq qurmaq qərarına gəldiyini xatırladaraq deyib.

Kos, "Mart və aprel aylarında Türkiyə ilə iqtisadiyyat mövzusunda yüksək səviyyəli dialoq qurmağı planlaşdırırıq"- deyə bildirib.

Qeyd edək ki, Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısı sonuncu dəfə 28 fevral 2019-cu ildə İstanbulda keçirilib.

Избранный
12
2
turkic.world

3Источники