Qurumun məlumatına görə, avtobus zolaqları paytaxın 30-dan çox küçə və prospektini əhatə edir.
"Bu günə qədər paytaxın 30-dan çox küçə və prospektində ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib".
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Mərhələli şəkildə digər ünvalarda da xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılıb", - məlumatda qeyd olunub.