RU

Araşdırmaçı: İran sərhəddində ABŞ təlimatçıları cildində kəşfiyyatçıları görməkdən narahatdır

“Gələn həftə biz Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcəyik”. Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib. Diplomatik dildən normal dilə tərcümə edək: Yəni gələn həftə ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işləyəcək. Bu sözləri erməni politoloq Arman Abovyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması haqda qeyd edib. O bildirib ki, bu, İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanıdır. İndi gəlin birlikdə düşünək ki, iranlılar Amerika hərbi agentlərinin onların sərhədinin ən mühüm yerində peyda olmasına necə reaksiya verəcəklər. Başa düşə bilmirəm ki, Ermənistan hakimiyyəti saxta AB referendumu və ABŞ-la “strateji xartiya” imzalamaqla niyə belə panik formada Ermənistanı intihara sürükləmək qərarına gəlib.

Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a bildirib ki, ABŞ-Ermənistan xartiyasının imzalanmasının səbəblərindən biri də məhz İran amili idi:

“Digər mühüm məqamın isə Rusiya ilə bağlı olduğu da sir deyil. Axı bu gün Ermənistanın bütün sərhədlərini Rusiya  Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd Qoşunları qoruyur. ABŞ-nin belə bir addımı həm İranda, həm də Rusiyada birmənalı qarşılanmayacaq və müəyyən təzyiqlərin şahidi olacağıq. Çünki, İran öz sərhəddində ABŞ təlimatçıları cildində kəşfiyyat mənsublarını görməkdən ciddi narahatdır. Amma dediyim kimi Rusiya da ciddi narahatlıq keçirəcək. Çünki üzdə görünən ilkin məqsəd Ermənistanda sərhədi qoruyacaq yeni kadrların yetişdirilməsi, infrastrukturun qurulmasıdır ki, bu da Rusiya hərbi kontingentinin sıxışdırılması ilə müşayiət oluna bilər. Güman edirəm ki, bu məsələdə Rusiya və İran birgə hərəkət edəcək. Bu açıqlamanın arxasında da elə məhz Rusiya dayanır. Çünki Rusiyanın Ukraynadakı müharibə səbəbindən resursları məhduddur və buna görə də İranı qıcıqlandırmaq üçün təbliğat maşınını işə salıb. Həm Rusiyadan, həm də İrandan bunula bağlı Ermənistana hansı təzyiqlərin olacağını isə indidən proqnozlaşdırmaq çətindir. İndiki məqamda bu ancaq iqtisadi təzyiqlər ola bilər”.
Избранный
7
50
sherg.az

10Источники