XİN-dən Demokrat.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.
Görüşdə, ölkəmizin çoxtərəfli diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri xüsusi vurğulanaraq, Azərbaycan tərəfindən AQEM sədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyi məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanın təşkilatın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Sədrliyimiz dövründə təşkilatın beynəlxalq rolunun və səmərəliliyinin daha da artırılması, üzv ölkələr üçün praktiki faydanın genişləndirilməsi, institusional inkişafın təmin edilməsinin vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri, gənclər, media, nəqliyyat bağlantıları və bir çox digər istiqamətlərdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Nazir COP29 sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini nəzərə alaraq, iqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensialın olduğunu bildirib.
Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər geniş olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçiriləcək görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə edilməsi və Azərbaycanın sədrliyinin prioritetlərinin müzakirəsi baxımından faydalı olacağını ifadə edib.
10Источники
-
aia.azAzərbaycan vətəndaşı dövlətimizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına əzəli torpaqlarımızdan , Zəngəzur dəhlizindən keçməklə gedəcək. ( 15151269)
-
olaylar.azZəngəzur Dəhlizinin açılmağı xüsusi əhəmiyyət kəsb edir– ÖZƏL ( 15137991)
-
demokrat.azBeynəlxalq proseslərə baxış bucağı baxımından bu görüş əhəmiyyətlidir —Politoloq ( 15137809)
-
avtosfer.azAnkara Bəyannaməsi regionda nəqliyyat layihələrinin inkişafına töhfə verəcək ( 15125981)
-
olke.azİrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq... ( 15123575)
-
dogru.azCeyhun Bayramov: Azərbaycan regionda sülhün bərqərar olması üçün konstruktiv addımları davam etdirəcək ( 15122867)
-
anews.azAnkarada üçtərəfli Bəyannamə imzalanıb ( 15122567)
-
xalqqazeti.azAnkarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli nazirlər görüşündə Bəyannamə imzalanıb ( 15122439)
-
olaylar.azÖzbəkistan Azərbaycan və Türkiyə şirkətlərinin yeni bazarlara çıxması baxımından nəqliyyat-logistika mərkəzinə çevrilə bilər ( 15121801)
-
azvision.azAzərbaycan Suriyanın dirçəldilməsi səylərinə dəstək verəcək ( 15121095)