RU

Naxçıvanda banklardakı əmanətlərin 95 faizi milli valyutadadır

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği 2023-cü ilə nisbətən 51,1 faiz artaraq 2024-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 24 milyon 396 min 500 manat təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əmanətlərin 94,9 faizi milli, 5,1 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,8, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 39,1 faiz artıb.

Избранный
11
3
unikal.az

4Источники