RU

NATO ordusu Rusiya ilə müharibəyə hazır deyil

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Latviyanın xarici işlər naziri Bayba Braje NATO hərbçilərinin Ukraynadakı döyüşlərdə iştirak etməyə hazır olmadığını bildirib. Braje qeyd edib ki, Avropa İttifaqı hərbçiləri Ukraynaya gedərlərsə, bu, Avropanın münaqişəyə cəlb edilməsi demək olacaq.

Nazir NATO ölkələrinin hərbçilərinin Ukraynadakı döyüşlərdə iştirak etməyə hazır olmasıqlarını, alyansın mövqeyinin Kiyevi dəstəkləməkdən ibarət olduğunu söyləyib. 

Barja "The Kyiv Independent" nəşrinə müsahibəsində deyib: "Hazırda NATO müharibəyə qoşulmağa hazır deyil. Çünki onun qəti konsepsiyası Ukraynanın özünümüdafiəsini dəstəkləməkdən ibarətdir. Hər bir üzv zəruri olanı tədarük edir. Lakin heç kim müharibədə iştirak etmək, savaşmaq istəmir".

Onun sözlərinə görə, Aİ qoşunlarının Ukraynaya gedəcəyi təqdirdə Avropanın münaqişəyə qoşulması qaçılmaz olacaq.

Hürr Tərcüman

Избранный
7
11
hurriyyet.az

10Источники