RU

Yığmamızın Parisdəki "Böyük Dəbilqə" üçün HEYƏTİ

Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək komandaların sayı 50-ni ötüb.

İdman.biz xəbər verir ki, fevralın 1-2-də Fransanın paytaxtında keçiriləcək yarışda artıq 51 ölkədən cüdoçuların iştirak edəcəyi açıqlanıb.

Onların arasında olimpiadadan sonra heyətlərini xeyli yeniləyən Yaponiya da var.

Azərbaycan komandası turnirə 11 idmançı ilə qatılacaq: Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq).

İdman.biz

Избранный
16
5
idman.biz

10Источники