RU

Qeyri-qanuni miqrantlar öz ölkələrinə geri göndəriləcək- Meksika prezidenti

Bakı, TurkicWorld

Meksika prezidenti Klaudiya Şeynbaum qeyri-qanuni miqrantların öz ölkələrinə geri göndəriləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Meksika prezidenti Claudia Sheinbaum, ABŞ-a getmək məqsədi ilə Meksikaya gələn qeyri-qanuni miqrantların mənşə ölkələrinə geri göndəriləcəyini açıqladı.

Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Şeynbaum, ABŞ-dan geri qaytarılacaq və ya ABŞ-a gedərkən Meksikada olanların humanitar şəkildə ölkələrinə geri göndəriləcəyini bildirib.

"Bütün Mərkəzi Amerika ölkələri, xüsusilə Qvatemala ilə razılaşma var və hətta bu yaxınlarda bu məqsədlə görüş də keçirilib. Kuba ilə razılaşma var. Sənədsiz immiqrantlar Meksika ərazisinə deyil, birbaşa gəldikləri yerə deportasiya edilməlidirlər. "deyə Sheinbaum bildirib.

Избранный
21
35
turkic.world

10Источники