Ukrayna rəsmiləri hesab edirlər ki, münaqişənin mümkün həlli çərçivəsində Qərb ölkələri təhlükəsizliyi təmin etmək üçün respublika ərazisinə 50 minə qədər hərbçi göndərə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Kiyev təmsilçiləri genişlənən cəbhə xəttində “təhlükəsizlik qüvvələri” kimi Ukraynaya 40-50 min əcnəbi hərbçinin göndərilməsinin mümkün ola biləcəyinə inanırlar.