RU

“Ölkəmizdə inqilaba dörd uğursuz cəhd oldu” - İrakli Kobaxidze

Yazını böyüt
Yazını kiçilt

“Üç il ərzində ölkəmizdə inqilabın təşkil edilməsinə dörd uğursuz cəhd oldu. Dörd halın hamısında, Amerika maliyyəsi də daxil olmaqla, xarici maliyyə aşkar idi. Əlbəttə, Tramp administrasiyası tərəfindən bunun nəzərdən keçirilməsi əhəmiyyətlidir”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Donald Tramp tərəfindən ABŞ-ın bütün xarici yardım proqramlarının 90 gün müddətinə dayandırılmasına dair qərarına münasibət bildirən Kobaxidze Amerika rəhbərinin bu qərarını təqdir edir.

“Biz bütün bu müddət ərzində, xüsusən də şəffaflıq haqqında qanunun təşəbbüskarı olduğumuz vaxtdan nəinki xaricdən ölkəmizə daxil olan müəyyən vəsaitlərin yersiz xərclənməsindən, hətta çox vaxt bu vəsaitlərin birbaşa inqilabi proseslərin maliyyələşdirilməsinə yönəldilməsindən danışırdıq, bu da olduqca açıq-aydındır. Gördünüz ki, üç il ərzində ölkəmizdə inqilabın təşkilinə dörd uğursuz cəhd oldu. Dörd halın hamısında, Amerika maliyyəsi də daxil olmaqla, xarici maliyyə aşkar idi. Əlbəttə, Tramp administrasiyası tərəfindən bunun nəzərdən keçirilməsi əhəmiyyətlidir”, - deyib Baş nazir.

Hökumət başçısı şəffaflıq haqqında qanun ətrafında gedən müzakirəni də xatırladıb. “O vaxtlar bizə deyirdilər ki, məsələn, Rusiya ilə Qərb arasında fərq qoymuruq. Biz sadə bir şey deyirdik – kimin haradan ölkənin maraqlarına qarşı çıxmasının fərqi yoxdur. Əgər Amerikanın pulu ölkədə yanlış prosesləri inkişaf etdirmək üçün istifadə olunursa, əlbətdə, ölkə burada da öz milli maraqlarını qorumalıdır, necə ki, eyni şey Rusiya tərəfdən baş verir. Heç bir fərq yoxdur, ölkənin suverenliyi hamıya münasibətdə qorunmalıdır. Bunu prezident Trampın müvafiq qərarı çox gözəl nümayiş etdirdi. Məlum oldu ki, Amerika pulları çox vaxt konkret ölkələrin suverenliyinə xələl gətirməyə yönəlmiş yanlış prosesləri maliyyələşdirmək üçün istifadə olunur. Dediklərimizi və buna görə məsələn, Rusiya ilə Amerikanı eyni səviyyəyə qoyduğumuz üçün bizə münasibətdə tənqidlər, müzakirəmizin düzgünlüyünü prezident Tramp administrasiyasının və şəxsən prezidentin qərarı təsdiqlədi”, - İrakli Kobaxidze bildirib.

Избранный
25
42
hafta.az

10Источники