Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Yəni Ermənistan rəhbəri orada iştirak edərkən Azərbaycan torpaqlarının işğal prosesi davam etdirilirdi. Görüşlər getdiyi ərəfədə belə qarşı tərəf məhz öz avantürasından, öz işğalçılıq siyasətindən əl çəkmirdi. Nəticə etibarilə də bu gün Azərbaycan cəmiyyətində Ermənistana qarşı haqlı şəkildə bir inamsızlıq mühiti formalaşıb. Bunun da əsas səbəbi məhz bu ölkənin illərdir yeritdiyi siyasətidir. Yəni müharibə dövründə belə onların həyata keçirdikləri həmin danışıqları pozmaq siyasəti məhz bunun nəticəsidir. Sadəcə olaraq, özlərini bütün dünyaya belə göstərmək istəyirdilər ki, guya çox sülhpərvərdirlər, çox güclü şəkildə sülh istəyirlər. Ancaq buna təəssüflər olsun ki, əməl etmirdilər. Bu gün baş verənlər də bunu göstərir.
Avropa Birliyinin müşahidə missiyasının regionda qalması, buna paralel şəkildə Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrinin müxtəlif adlar adı altında regiona gətirilməsi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin amanlığa ciddi təhlükə törədəcək bir amildir və Azərbaycana qarşı həyasızcasına aparılmış binokl siyasəti də bunun bariz nümunəsidir. Eyni zamanda, Ermənistan Azərbaycanın əsas haqlı tələbi olan Ermənistan konstitusiyasındakı müvafiq maddələrinin dəyişdirilməsi barəsindəki əmlak bəndini görməzdən gəlir, ümumiyyətlə, Azərbaycanın tələblərini qəbul etmək istəmir. Bu, çox pis bir haldır və Ermənistan tərəfinin sözdə sülh deyib əməldə başqa hərəkət etdiyini göstərir".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
olaylar.azMühakimə olunan şəxslərlə bağlı fikir ayrılığı: Hökumət və müxalifət qarşıdurması – ÖZƏL ( 15143467)
-
olaylar.azEkspert: “Rusiya Ermənistanı özündən tam “küsdürmək” istəmir” – ÖZƏL ( 15064009)
-
demokrat.azPolitoloq: "Avropa Birliyinin müşahidə missiyasının regionda qalması sülh və əmin amanlığa ciddi təhlükədir" ( 15036041)
-
olaylar.azPaşinyanın yeni siyasi taktikası?- ÖZƏL ( 15009475)
-
visiontv.azPaşinyanın yeni planı: İstefa və növbədənkənar seçkilər ( 14957629)
-
olaylar.azErmənistanda revanşist qruplar hələ də qalmaqdadır- ÖZƏL ( 14932319)
-
olaylar.azPaşinyan pozucu siyasətini Qərblə davam etdirir– ÖZƏL ( 14874997)
-
olaylar.azZəngəzur dəhlizi ilə bağlı gərginlik: Ermənistan öhdəliklərindən yayınır? – ÖZƏL ( 14838793)
-
olaylar.azQərbi azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən qəsb edilməsinə imkan verməyəcəyik - ÖZƏL ( 14837371)
-
olaylar.azFransanın müstəmləkə siyasəti: Əlcəzairin haqlı etirazı – ÖZƏL ( 14771767)