RU

Nehrəmdə etiraz aksiyası keçirilib

Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 1 saylı məktəbin həyətində təxminən 200 valideyn etiraz aksiyası keçirib. 

Etiraza səbəb qəsəbədəki 3 saylı məktəbin təmirinə üç il əvvəl başlanılmasına baxmayaraq hələ də istifadəyə verilməməsi olub. Həmin məktəbin şagirdləri hazırda məcburiyyət qarşısında 1 saylı məktəbdə təhsil almağa davam edirlər. Aksiyanı təşkil edənlər əsasən bu şagirdlərin valideynləridir. 

Bu barədə "Gündəlik Naxçıvan"a valideynlər məlumat veriblər.

Etirazçılara 1 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri də qoşulub. Onlar bildirirlər ki, 3 saylı məktəbin şagirdlərinin 1 saylı məktəbə yönləndirilməsi bu məktəbin yükünü xeyli artırıb. Nəticədə həm məktəb binasında uçma təhlükəsi yaranıb, həm də təhsilin keyfiyyəti aşağı düşüb:

“Əslində bu məktəbin də təmirə ehtiyacı var. Qorxuruq ki, normadan artıq şagirdin ağırlığına tab gətirməz və məktəb uçar. 3 saylı məktəbdən buraya 600 şagird köçürülüb. Bu kifayət qədər ciddi ağırlıq yaradır. Həmin məktəb uçanda 3 nəfər fəhlə həlak olmuşdu. Təsəvvür edin ki, dərs vaxtı bizim məktəb də bu ağırlığa tab gətirməyib uçsa, hansı faciələr baş verə bilər. Biz uşaqlarımızın təhlükəsizliyindən çox narahatıq. Bundan əlavə, siniflərdə yüklənmə ikiqat artıb, bu da dərsin keyfiyyətinə mənfi təsir edir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma heç bir nəticə əldə olunmayıb. Biz tələb edirik ki, 3 saylı məktəbin təmiri təcili başa çatdırılsın və uşaqlar öz məktəblərinə köçürülsün.”

Etiraz aksiyası zamanı bir neçə nəfər saxlanılsa da, onlar bir neçə saat sonra sərbəst buraxılıblar.

 


Telegram kanalımız
Избранный
24
13
yenisabah.az

10Источники