RU

Livan İsrail qoşunlarının çıxarılması razılaşmasını fevralın 18-dək uzadıb

İsrail və Livan hakimiyyət orqanları İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı razılaşmanın müddətini fevralın 18-dək uzadıblar.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin bazar günü yaydığı bəyanatda deyilir:

"ABŞ tərəfindən nəzarət edilən Livan və İsrail arasında razılaşma 2025-ci il fevralın 18-dək qüvvədə olacaq. Livan hökuməti, İsrail hökuməti və ABŞ hökuməti 2023-cü il oktyabrın 7-dən sonra əsir götürülən livanlı məhbusların geri qaytarılması üçün də danışıqlara başlayacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, 60 günlük atəşkəs razılaşması bazar ertəsi qüvvəyə minib. Onun şərtləri İsrailin bazar ertəsinə qədər Livanın cənubundan qoşunlarını tamamilə çıxarmasını nəzərdə tuturdu.

Избранный
19
50
Ajans.az

10Источники