RU

TANINMIŞ POLİS POLKOVNİKİNİN AĞDAMLI AD GÜNÜ- TƏBRİK!

...Yadımdadır, Ağdam işğaldan təzəcə azad edilmişdi.

Jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilirdi. Biz erməni vəhşiliyini dünya və Azərbaycan ictimaiyyətinə çatdırmaq üçün bir neçə rayonda olmuşduq... Növbəti ikinci dəfə belə bir səfər Ağdama idi. Mənə zəng etdi ki, bu dünyaya etibar yoxdu, Vətənə bir can borcum qalıb, amma Ağdamı görməsəm, elə bilərəm ki, bu dünyada yaşamamışam, kömək elə, mən də gedim...

 Aidiyyəti qurumlardan xahiş etdim, ehtiyatda olan polis polkovniki Elbrus Rüstəmovla birlikdə yola çıxdıq... Qısa deyim ki, Ağdama çatanadək təxminən 350 km-lik məsafəni dinmədi, gözü yolda idi... Ağdamın yolunda-30 il əvvəl qoyub gəldiyi gəncliyini itirib hələ də tapa bilmədiyi, uşaqlığının keçdiyi Ağdamda... Və avtobusdan düşən kimi kənara çəkildi, torpağı öpdü, dualarını etdi, sonra yaz buludu kimi dolmuş gözlərini sıxıb kövrəldi, doyunca ağladı, rahatlaşdı... Bu onun Azərbaycanın ayrılmaz parçası olan Qarabağın mərkəzi, döyüşkən Ağdama olan sevgi və istəklərinin ifadəsi idi! Sonra Ağdamı gəzdik... Ermənilərin viran qoyduğu binaların daş-kəsəyini qucaqlayıb halallıq istəyirdi... İndi deyirəm, polis orqanlarında dərin hörmət qazanmış Elbrus Rüstəmova o Vətən duyğularına görə halal olsun! Çünki bu gün onun Ağdamlı ad günüdür! "Təzadlar"ın kollektivi adından ürəkdən təbrik edir, uzun ömür, ən vacibi, ürəyi istəyən qədər Ağdamlı günlər arzulayıram!

Asif MƏRZİLİ

Избранный
17
46
tezadlar.az

10Источники