Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Sədri (MSK) Məzahir Pənahov yanvarın 28-də keçirdiyi mətbuat konfransında deyib.
Sədr bildirib ki, müvəqqəti 7 köçkün dairə üzrə seçkilər olmayacaq:
"Ümumi köçkün seçicilərin sayı təxminən 400 mindir. İşğaldan azad edilmiş ərazilərdə seçkilər keçirilməyəcək. 685 bələdiyyə azad olunmuş əraziləri əhatə etmir. Ona görə də səsverənlərin sayı 5 951 986 nəfərdir".
Müəllif: Məlik Məlikov