Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidentiseçilən Donald Trampın hələ hakimiyyətə gəlməzdən öncə ciddiiddialar irəli sürməsi, daha sonra inaqurasiya mərasimindəcə birsıra sənədlərə imza atması dünya miqyasında geniş müzakirələrəsəbəb olub. Analitiklər hesab edirlər ki, onun verdiyi bəyanatlartəkcə beynəlxalq siyasətə deyil, eyni zamanda qlobal iqtisadiproseslərə də ciddi təsir göstərə bilər. Seçkidən sonra ABŞdollarının digər valyutalara nisbətən 2% güclənməsi qlobal ticarətvə maliyyə bazarlarına təsir göstərə biləcək əsas amillərdəndir.Manatın ABŞ valyutasına bağlılığını nəzərə alsaq, dünya neftqiymətlərindəki dəyişikliklər, dolların dəyərə minməsi və s. kimiməsələlər Azərbaycanın milli valyutasının məzənnəsi ilə bağlımövzuya nəzər salmağı labüd edir. Azərbaycanlı iqtisadçılar hesabedirlər ki, dünyada neftin qiymətində kəskin enmələr qeydəalınarsa, bu, ciddi risklər və narahatlıqlara gətirib çıxarabilər.
İqtisadçı Pərviz Heydərov mövzu ilə bağlı Trend-ə açıqlamasındabildirib ki, manatın məzənnəsi, yəni onun digər valyutalara nəzərəndəyəri üzən məzənnə rejimi əsasında müəyyənləşmir -formalaşmır.
Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, ölkəyə valyutagəlirləri şaxəli xarakter daşımır və yalnız, bir kanal vasitəsilətəmin edilir: “Odur ki, xarici valyuta təklifi ancaq və ancaq birmənbədən asılıdır. Bu da Dövlət Neft Fondudur, yəni ARDNF. Adıçəkilən quruma da xarici valyuta neft satışından daxil olduğu üçünəsas xarici valyuta qismində vəsait ABŞ dolları ilə əldə olunur.Odur ki, manat əslində, ABŞ valyutasından başqa heç bir xaricivalyutaya bağlı deyil desək, daha düzgündür. Digər valyutalaramünasibətdə dəyər də məhz dollara əsasən müəyyənləşir. Bir sözlə,demək istədiyim odur ki, ölkəmizdə milli pul vahidimizin dəyəriinzibati qaydada tənzimlənir”.
Manatın dəyərə minməsini saxlamaq və bunun qarşısınıalmaq asandır...
İqtisadçı hesab edir ki, ölkədə neftin qiyməti yaxşı olduğutəqdirdə və çoxlusayda dollar daxil olduqda Mərkəzi Bank keçirdiyihərraclarda müvafiq rıçaqlarla manatın dəyərə minməsinə mane olur,əksinə olduqda isə ucuzlaşmasına imkan vermir: “Sterilizasiya daqeyd olunan rıçaqlardan məhz birini təşkil edir və manatınməzənnəsinin inzibati qaydada qorunub saxlanılması üçün istifadəolunur.
Ümumiyyətlə, manatın dəyərə minməsini saxlamaq və bununqarşısını almaq asandır. Belə ki, bundan ötrü dollar alışı həyatakeçirmək kifayətdir. Bu, rəsmi valyuta ehtiyatlarının yüksəlməsiilə nəticələnir. Məzənnənin enməsi təhlükəsi reallaşdıqda isə bununqarşısını uzunmüddətli şəkildə almaq mümkün deyil. Çünki bu vaxtxarici valyuta ilə intervensiyaya ehtiyac yaranır ki, bu da rəsmiehtiyatların həcminə bağlı bir məsələdir.
Məsələ bundadır ki, 2024-cü ildə valyuta bazarımızda sabitlikolub və Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələbtam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyutaehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib. O səbəbdən ki,neftdən daxil olan valyuta vəsaitləri qənaətbəxş olub”.
İqtisadçının fikrincə, sözügedəntendensiyanın ən azından bu ilin ikinci yarısınadək də davamedəcəyi şübhə doğurmur: “Lakin ABŞ-nin yeni prezidenti D. Tramphələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başdaolmaqla, OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollarından yüksəkdətutmaqda günahlandırırdı. D. Trampa görə neftin dünya bazarqiymətləri 50 dollardan aşağı olmalıdır. Bu, cari ildə olmasa da,növbəti ildə gerçəkləşə bilər. Hər şey mövcud geosiyasimünaqişələrin gedişatından asılı olacaq”.
“O ki qaldı sterilizasiya əməliyyatlarına, yaxın perespektivdəbir sıra aspektlər nöqteyi-nəzərindən, hesab edirəm, buna çox lüzumolmayacaq. Mərkəzi Bank 2024-cü ildə sterilizasiya əməliyyatlarınınhəcmini kəskin azaldıb. Ümumiyyətlə, Mərkəzi Bankın emissiya etdiyinotların həcmi ötən il 6.3 dəfə azalıb ki, cari ildə də vəziyyətinoxşar qalacağı şübhə doğurmur. Yeri gəlmişkən, 2024-cü ilin dekabrayında büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəbolub ki, bu da böyük rəqəm deyil”, - P. Heydərov fikrinitamamlayıb.
Dolların güclənməsi və eyni zamanda neft-qazqiymətlərinin aşağı düşməsi proqnozları manata təzyiqlərinyaranması ilə nəticələnə bilər...
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Donald Trampınhakimiyyətə gəlməsindən sonra təbii olaraq dolların güclənməsi vəeyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi ilə bağlıehtimallar yüksəlib.
O bildirib ki, bu da manata müəyyən qədər təzyiqlərin yaranmasıilə nəticələnə bilər: “Amma nəzərə almaq lazımdır ki, hökumətölkədə makroiqtisadi tarazlığın qorunub saxlanması üçün manatınməzənnə stabilliyinə üstünlük verməkdədir. Son bir neçə ildə buistiqamətdə gərgin işlərin aparıldığını biz görürük. Həmçinin,qarşıdakı dönəmdə də ölkənin həm valyuta ehtiyatları, həm dəstrateji tədbirlər çoxluğu imkan verir ki, manatın məzənnəstabilliyi qorunub saxlanılsın. Yəni hazırki makroiqtisadivəziyyətdə dünya bazarında olan risklərin mövcudluğuna rəğmənmanata olan təzyiqin hökumət tərəfindən qarşılanması üçün hərhansısa bir çətinliyin olmadığını deyə bilərik”.
“Təbii ki, bütün hallarda son qəraryenə də hökumətin olacaq. Amma manatın devalvasiyası ilə bağlızəruri addımların atılmasına hazırki iqtisadi şəraitdə heç birehtiyac yoxdur”, - deyə E. Əmirov qeyd edib.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 1-nəAzərbaycan manatının xarici valyutalara nisbətən nominal effektivməzənnəsi 107,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 bənd,ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin eyni dövrü iləmüqayisədə isə 4,7 bənd çoxdur.
Eyni zamanda ötən ilin dekabrın 1-nə manatın realeffektiv məzənnəsi isə 122,6 bənd olub ki, bu da aylıq müqayisədə2,8 bənd, ilin əvvəlinə nisbətən 1,2 bənd, 2023-cü ildəkigöstəricilərə nisbətən isə 0,2 bənd çoxdur.
Azərbaycan ehtiyatları rekordhəcmdədir...
İqtisadçı Xalid Kərimli isə Trend-ə açıqlamasında vurğulayıb ki, manatınməzənnəsini indiki səviyyədə saxlamaq hazırki məqamda dövlət üçünciddi problem yaratmır.
O, 2023-cü ildə Mərkəzi Bankın ölkə iqtisadiyyatına pulburaxdığını, amma onu da əhalinin tələbatını yox, daha çox dövlətinmüəyyən tədbirlərlə əlaqədar xərclərinin maliyyələşdirilməsi üçünetdiyini xatırladıb: “Yəni, biz ötən ilə baxanda görürük ki,istehlak məqsədilə idxalın həcmi heç 200 milyon dollar da artmayıb.Bu o deməkdir ki, əhalinin geyim, qeyri-ərzaq məhsullarına tələbatıböyük həcmdə artmayıb. Düzdü, idxal kəskin artıb, lakin bu artımdada əsasən dövlətin xərcləmələri rol oynayıb. Məsələn, Qarabağ vəŞərqi Zəngəzurun bərpasına ötən ilin ortalarında sərf olunanvəsaitin həcmini 4 milyarddan 5 milyard manata qaldırıldı, müdafiəqabiliyyətinin artırılmasına 1 milyard əlavə pul xərcləndi. Bu ildə müdafiə qabiliyyətinin artırılmasına 8,5 milyard manata qədərvəsait sərf olunacaq. Yəni, dövlət özü müdafiə qabiliyyətininartırılmasına, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpasınabilərəkdən böyük vəsaitlər ayırır”.
İqtisadçı fikrini belə izah edib ki,dolların istifadəsi həcminin artırılmasını vətəndaşdan çox dövlətözü edir: “Bu baxımdan neftin qiymətinin hələ 75-78 dollar olduğuməqamda belə, dövlətin dolların kursunun saxlaması kimi birgərginliyi yoxdur. Çünki dediyim kimi, Mərkəzi Bankın və ARDNF-ninrezervləri yüksək səviyyədədir. Azərbaycan ehtiyatları rekordhəcmdədir. Yəni, rezervlərimizin ümumi daxili məhsula nisbətiböyükdür, onların xarici borclara nisbəti 14-15 dəfə çoxdur, xaricivalyutada olan borcun ümumi daxili məhsula nisbəti isə cəmi7,5%-dir”.
Hazırda manatın indiki səviyyədə saxlanması dövlətüçün problem deyil...
Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyada neftqiymətinin kəskin azalmasının gözlənildiyini deyən Xalid Kərimli,ABŞ prezidentinin Davos forumunda videomüraciətində iştirakçılara,xüsusən də OPEC ölkələrinə neftin qiymətinin aşağı salınması iləbağlı çağırışı məsələsinə də toxunub. İqtisadçı hesab edir ki, əgərTramp neft qiymətlərinin kəskin aşağı salınmasına nail olacaqsa,bu, Azərbaycan manatı üçün ciddi baş ağrısına çevrilə bilər:“Hazırki vaxtda neftin 45 dollarlıq intervalında tədiyə balansısıfırlanır. Ötən ilin sonuna 5,5 milyard dollar profisit olub.2024-cü ildə isə bu göstərici 16 milyard dollara bərabər olub.Yəni, göstəricilər 3 dəfə aşağı düşsə də, yenə də profisitlidir.Belə ki, ölkəyə daxil olan pul, çıxan pulu üstələyir. Bu baxımdanneft qiymətləri 45 dollara düşsə, bu sıfırlanacaq və ciddi risklər,narahatlıqlar yarana bilər”.
“İndiki məqamda neft qiymətlərinin kəskin düşməməsi fonundamanatla bağlı heç bir təhlükə yoxdur. Azərbaycan büdcədə də neftinqiymətini 70 dollar kimi proqnozlaşdırıb. Xərclərini də onauyğunlaşdırır.
İllik neft qiymətlərinin 10 dollar həcmində enməsi, 70 dollardan60 dollara enməsinin tədiyə balansına təsiri 2,1 milyard manatdır.Bunun 400 milyon manatı büdcəyə, 1,7 milyard manatı isə Dövlət NeftFonduna təsir edir. Yəni, heç neft qiymətlərinin 60 dollara qədərenməsi belə, hər hansısa bir təlaşa düşməyə əsas vermir”, - deyə X.Kərimli mövzu ilə bağlı fikrini yekunlaşdırıb.