RU

Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib


Suriya höküməti Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib.Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfər edib.Səfər çərçivəsində Boqdanov Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşüb.
 
Boqdanovun sözlərinə görə, "Rusiyanın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik yoxdur və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər”.

Agentliyin məlumatına görə, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib.

Suriyanın hakimiyyət orqanları Əsədin geri qaytarılması tələbini hələ rəsmən açıqlamayıb.
www.anews.az
Избранный
3
23
anews.az

10Источники