“Qalatasaray”ın yollarını ayırdığı Hakim Ziyeşin yeni komandası müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, mərakeşli vinger karyerasını Qətərdə davam etdirəcək.
Ziyeş “Əl-Duhail”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qalatasaray” Hakim Ziyeşi 2023-cü ilin yayında “Çelsi”dən transfer etmişdi.
31 yaşlı vinger Türkiyə təmsilçisini baş məşqçisi Okar Burukla münasibətinin korlandığından sonra tərk edib. Qətər klubu mərakeşli futbolçu üçün 5 milyon avro ödəyib.
Hakim bu mövsüm “Qalatasaray”ın heyətində 11 matçda meydana çıxıb və 1 qol ötürməsi verib. O, daha əvvəl “Tvente”, “Ayaks” və “Çelsi”də oynayıb.