“Qarabağ” bu gün UEFA Avropa Liqasında Liqa mərhələsində son oyununa çıxıb.
Heftelik.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Yunanıstanda “Olimpiakos”un qonağı olub.
Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.