2024-cü ildə Rusiyadan Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ermənistana köçürmələrin həcmi azalıb.
Ölkə.Az rbc-yə istinadən xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ermənistanın mərkəzi banklarının açıqladığı statistik məlumatlara əsasən, Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcmi 2024-cü ildə azalmaqda davam edib.
2024-cü il ərzində Rusiyadan Qazaxıstana pul köçürmələrinin həcmi 132,8 milyon dollar təşkil edib ki, bu ötən illə müqayisədə dollarla göstərici 44% azalıb. Bununla belə, Qazaxıstan digər ölkələr arasında aldığı pulun həcminə görə Rusiya lider olaraq qalır.
2024-cü ildə Rusiyadan Gürcüstana da pul köçürmə sistemləri vasitəsilə 541,2 milyon dollar göndərilib ki, bu da 1,5 milyard dolların göndərildiyi 2023-cü ildəki göstəricidən 65% azdır.
2024-cü ilin 11 ayı ərzində Rusiyadan Ermənistana köçürmələrin həcmi 13% azalaraq 3,2 milyard dollar olub. 2023-cü ildə isə bu həcm 3,6 milyard dollar olub.
Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana köçürmələrin həcmi iki dəfə azalaraq 410,7 milyon dollar təşkil edib.
Bu ölkələrdən fərqli olaraq Qırğızıstana pul köçürmələrinin həcmi il ərzində 12% artaraq 2,6 milyard dollara çatıb.
Mürtəza
Ölkə.Az