AZ

Xviça Kvaratsxeliya Gürcüstandakı iğtişaşlarla bağlı fikrini bildirdi

“Napoli”nin gürcü cinah hücumçusu Xviça Kvaratsxeliya vətəni Gürcüstanda yaşanan iğtişaşlarla bağlı fikrini bildirib.

Arena.az məlumat verir ki, “Kvara” özünü sosisal şəbəkə hesabı üzərindən, Gürcüstanın Avropaya inteqrasiyası məsələsi mənzərəsində günlərlə iğtişaşlar və mitinqlərin davam etdiyi hadisələrə münasibətini açıqlayıb:

“Salamlayıram. Mən ölkəmizdə baş verən hadisələri izləyirəm və bir vətəndaş kimi öz fikrimi, mövqeyimi bildirmək istəyirəm. Gürcü xalqının Avropa yolları ilə getmək istəyi və iradəsi bizim tarixi seçimimizdir, yeganə düzgün seçimimizdir və bu yoldan üz döndərmək qəbuledilməzdir. Bu ölkə xalqındır. Heç kim xalqın iradəsindən üstün deyil.

Siz öz ölkənizə, xalqınıza ağrı yaşadırsınız, hər cür videoların yoluxdurucu olmasına baxmaq mənim üçün ağrılı və duyğusaldır, zorakılığı və təcavüzü dayandırın! Gürcüstan bu gün Avropaya həmişəkindən daha çox layiqdir!”, deyə Xviça Kvaratsxeliya vurğulayıb.

Xatırldaq ki, Gürcüstanda müxalifətin növbəti etiraz tədbirləri cümə axşamı baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına baxılmasının 2028-ci ilə qədər dayandırılması qərarını elan etməsindən sonra başlayıb.

Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümdə “Kvara” 15 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 103 oyun, 30 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın Kvaratsxeliya atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
71
2
arena.az

10Mənbələr