AZ

Şəhidimiz Coşqun Zülfizadənin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Coşqun Ədail oğlu Zülfizadə 27 dekabr 1998-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olub.

QHT.az xəbər verir ki, Vətən müharibəsində könüllü olaraq iştirak edib və müharibədən sonra orduda qalaraq xidmət etmək qərarına gəlib. Türkiyədə "Komando" kursunu müvəffəqiyyətlə başa vurub. Coşqun Zülfizadə 2022-ci ilin 13 sentyabrında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Coşqun Zülfizadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
56
6
qht.az

6Mənbələr