AZ

Ruslar ukraynalı əsirləri güllələyib

Ruslar

Rusiyalı hərbçilər Donetsk vilayətində Neskuxnı yaxınlığında üç ukraynalı hərbi əsirləri güllələyib.

Reyting.az
xəbər verir ki, bu məlumatı “DeepState” layihəsi yayıb.

“DeepState” bildirir ki, ruslar növbəti dəfə döyüş qaydalarını pozublar:

“Yanvarın 3-də düşmən 160.9-cu məntəqənin şərqində yerləşən 141-ci ayrı-ayrı briqadanın mövqeyinə basqın edib, əsgərlər təslim olub, əlləri bağlı vəziyyətdə mövqedən çıxarılıb və arxadan güllələniblər”.

Layihənin analitikləri təəssüflə qeyd edirlər ki, BMT-dən olan nümayəndələr ukraynalı hərbi əsirlərin qətli və zorakılığının sistematik şəkildə həyata keçirildiyini, Maskvanın hərbi-siyasi rəhbərliyi tərəfindən dəstəklənməsi faktına məhəl qoymadan hər iki tərəfin pis olduğunu göstərməyə çalışırlar.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hərbi əsirləri güllələmək əmri verən rus komandirlərindən birinin söhbətinin dinlənilməsinin səs yazısını yayıb. Ukrayna kəşfiyyatı tərəfindən ələ keçirilən yazıda Rusiya Silahlı Qüvvələrinin 5-ci Ordusunun 60-cı ayrı-ayrı motoatıcı briqadası bölməsinin komandiri hərbi əsirin edam edilməsinə dair cinayət əmri verir.

ELÇİN
Seçilən
56
7
reyting.az

9Mənbələr