AZ

Ruslar Donetsk vilayətində ukraynalı hərbi əsirləri güllələyiblər

Donetsk vilayətinin Volnovaxa rayonunun Neskuchnoye kəndi yaxınlığında rus işğalçıları ukraynalı hərbi əsirləri güllələyiblər.

Editor.az xəbər verir ki, bu barədə yanvarın 6-da “DeepState” məlumat yayıb. Telekanalın məlumatına görə, yanvarın 3-də düşmən 141-ci əlahiddə briqadanın mövqeyinə hücum edib. Əsgərlər təslim olub, əlləri bağlanıb, ön mövqeyə aparılıb və güllələnib.

Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets bu mesaja cavab verib. O, Telegram-da bildirib ki, təcili olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Birləşmiş Millətlər Təşkilatı ilə əlaqə saxlayıb. “Bu təşkilatlar cinayəti pisləməli və Rusiya tərəfinə təzyiq göstərməlidirlər ki, bu cür hərəkətləri dayandırsınlar”, – o vurğulayıb. Lubinets xatırladıb ki, Cenevrə Konvensiyalarına əsasən, hərbi əsirlərin xüsusi mühafizəsi altındadır və heç bir ölkənin onlara işgəncə vermək, zorakılıq etmək və ya canlarını almaq hüququ yoxdur. Lakin Rusiya beynəlxalq normalara məhəl qoymadığını nümayiş etdirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
61
7
editor.az

9Mənbələr