Ukraynalı hərbi əsirləri güllələyiblər
Rusiya hərbçiləri bir qrup ukraynalı hərbi əsiri güllələyib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV-ləri yayıb.
Bildirilir ki, ruslar bu dəfə altı hərbi əsiri güllələyib.
Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets deyib ki, ötən ilin sonunadək Baş Prokurorluq Rusiya hərbçiləri tərəfindən ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı 100-dən çox hadisəni rəsmi olaraq qeydə alsa da, reallıqda bu rəqəm daha çox ola bilər.
V. QULİYEV