AZ

Qran-Pridə Azərbaycanı təmsil edəcək güllə atıcıları bəlli olub

Azərbaycanın güllə atıcıları Sloveniyanın Ruş şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov yer alıblar.

Yarışlar yanvarın 7-12-də 10 metr məsafədən pnevmatik tapança və tüfəngdən atəş kateqoriyaları üzrə keçiriləcək.

Seçilən
41
4
90deqiqe.az

8Mənbələr