Azərbaycanın güllə atıcıları Sloveniyanın Ruş şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov yer alıblar. Yarışlar yanvarın 7-12-də 10 metr məsafədən pnevmatik tapança və tüfəngdən atəş kateqoriyaları üzrə keçiriləcək.