Bakı. Trend:
Azərbaycanın güllə atıcıları Sloveniyanın Ruş şəhərindəkeçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumatyayıb.
Bildirilib ki, ölkəmiz turnirdə 6 idmançı ilə təmsilolunacaq.
Yığmanın heyətində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova,Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov yeralıblar.
Yarışlar yanvar 7-12-də 10 metr məsafədən pnevmatik tapança vətüfəngdən atəş kateqoriyaları üzrə keçiriləcək.